Gəncədə maskalılar mağazanı belə yardılar - VİDEO
Bizi izləyin

Hadisə

Gəncədə maskalılar mağazanı belə yardılar - VİDEO

Gəncədə maskalılar mağazadan 4 min manatlıq mal oğurlayıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə ötən gecə şəhərin yeni Gəncə qəsəbəsində yerləşən ərzaq mağazasında baş verib.

Gəncə şəhər sakini Vüsal Zeynalova məxsus ərzaq mağazasından 4 min dəyərində siqaret, şirələr, kolbasa, energetik içkilər və digər məhsullar ogurlanıb. Həmçinin mağazadan 200 manat nağd pul da aparılıb. Mağaza sahibinin dediyinə görə, oğurluq edən 2 nəfər müşahidə kamerasına düşüb və maskalı şəxslər dükanın arxa pəncərəsinin şüşəsini qıraraq içəri giriblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm