• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zaqatalada xeyli silah-sursat aşkarlandı

  • Hadisə
  • 21 May 2015 03:54
  • 355 Baxış
Zaqatalada xeyli silah-sursat aşkarlandı

Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Zaqatala rayonunda xeyli sayda silah-sursat aşkarlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, “Sərhəd-Sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində 4 yerdə post qurulub, bu gün keçirilən tədbir nəticəsində xeyli sayda silah-sursat aşkarlanıb. Belə ki, rayonun Aşağı Tala kənd inzibati ərazisində kolluq sahədə 1 ədəd avtomat Kalaşnikov silahı, 1 ədəd avtomat silahının sandıqçası, 1 ədəd 16 çaplı ov tüfəngi, 1 ədəd F-1 əl qumbarası, 30 ədəd “Makarov” tapancasının gülləsi və 30 ədəd 7,62 çaplı avtomat silahının gülləsi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, mayın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

Əməliyyatın keçirilməsində əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR