Rövşən Lənkəranskinin müttəfiqi olan "qanuni oğru" həbs edildi
Bizi izləyin

Hadisə

Rövşən Lənkəranskinin müttəfiqi olan "qanuni oğru" həbs edildi

Dünən Moskvanın Novo-Fominsk vilayəti ərazisində qanuni oğru həbs edilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı qanuni oğru Konstantin Borisovun üzərində baxış keçirilərkən 9 qram heroin tapılıb.

Borisov kriminal aləmdə “Kostıl” ləqəbilə tanınır. Əməliyyat zamanı xüsusi təyinatlılar onun “Toyota Land Cruiser 200” avtomobilini əhatəyə alıblar. “Vor zakon” avtomobilin qapılarını kilidləyərək düşmək istəməyib. Polislər maşının şüşələrini dəyənəklərlə sındırıb onu avtomobilin salonundan çıxarıblar.

Qeyd edək ki, “Kostıl” da Rövşən Lənkəranski kimi “Ded Xasan” qruplaşmasına müxalifətdə idi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm