Dənizdə batan 5 nəfər xilas edilib
Bizi izləyin

Hadisə

Dənizdə batan 5 nəfər xilas edilib

Bu gün dənizdə batan 3 nəfər xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmçinin, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm