Varlı kənd sakini itkin düşüb
Bizi izləyin

Hadisə

Varlı kənd sakini itkin düşüb

Salyan sakini, II Varlı kənd poçt məntəqəsinin müdiri itkin düşüb.

ANS PRESS-in məlumatına görə, itkin düşən şəxsin ailəsindən APA-ya bildirilib ki, Salyan rayonu II Varlı kənd sakini, 1962-ci il təvəllüdlü Cəfərov Əyyub Hidayət oğlu iyun ayının 1-də evdən çıxıb, geri qayıtmayıb. Yaxınları Ə. Cəfərovun itkin düşməsi barədə Salyan Rayon Polis Şöbəsinə məlumat veriblər. Axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Bildirilir ki, II Varlı kəndinin poçt məntəqəsinin müdiri olan Ə. Cəfərov son aylar psixo-nevroloji problemlərdən müalicə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm