Dənizdə batan şəxs xilas edilib
Bizi izləyin

Hadisə

Dənizdə batan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri batmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən təxminən, 50 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 16:30-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm