“Qarabağ” rəsmisi: “Futbolçu gətirməklə bağlı heç bir problemimiz yoxdur”
Bizi izləyin

İdman

“Qarabağ” rəsmisi: “Futbolçu gətirməklə bağlı heç bir problemimiz yoxdur”

Azərbaycan çempionu "Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirmək fikrinə düşüb. Mətbuatda yayılan xəbərlərə görə, Ağdam klubu bu gün hollandiyalı futbolçu Raydell Puponla müqavilə imzalayacaq.

Onunla iki illik anlaşma əldə olunub. "Qarabağ" Çernoqoriya "Rudar"ı ilə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa 24 saat qalmış yeni futbolçusunu UEFA-dakı iştirak ərizəsinə də daxil etməyi düşünür.

“Qarabağ”da yeni transferin olub-olmaması ilə bağlı klubun icraçı-direktoru Emrah Çelikellə əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi baş məşqçinin bütün istəklərinin yerinə yetiriləcəyini, bunun üçün problemlərinin olmadığını dedi: “Transfer məsələsi baş məşqçimiz Qurban Qurbanovun istəyinə bağlıdır. O işini çox yaxşı bilir, transferin olub-olmaması ilə bağlı baş məşqçi qərar verəcək. Qurban müəllimin fikri bizim üçün əsasdır. Hazırda klubumuzda heç bir problem yoxdur. Bizim futbolçu gətirməklə bağlı heç bir problemimiz yoxdur. Əgər lazım olarsa bu məsələ də həll olunar. İndi bizi Avrokuboklarda oyunlar düşündürür. Əlimizdən gələnin ən yaxşısını etməliyik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm