İdman
“Qəbələ” “Çukariçki” ilə üz-üzə
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti görüşə çıxır. Roman Qriqorçukun çalışdırdığı komandamız ilk dəfə vəsiqə qazandığı ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandasına qarşı mübarizə aparacaq. İlk oyun səfərdə keçiriləcəyinə görə, Serbiyadan sərfəli nəticə ilə qayıtmaq vacibdir.
"Qəbələ"nin baş məşqçisi Roman Qrioqrçuk oyundan əvvəl keçirilən
mətbuat konfransında fikirlərini bildirib:
“Çukariçki" çox ciddi rəqibdir. Rəqib aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malikdilər. Komanda çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Bilirik ki, çox çətin oyun olacaq. Bizim oyun üslubumuz hücum futboludur. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. "Çukariçki" ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq bilirik ki, üstünlük verdiyimiz üslub nəticə verir. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var”.
Qeyd edək ki, təmsilçimiz Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul
23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ"
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. "Çukariçki" stadionu.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi