“Qarabağ" hələ şansını itirməyib
Bizi izləyin

İdman

“Qarabağ" hələ şansını itirməyib

Millinin məşqçisi “köhlən atlılar”ın cavab matçı barədə fikirlərini bildirib.

Publika.az-a danışan E.Abdullayev qollu heç-heçənin Ağdam klubu üçün sərfəli ola biləcəyini deyib:

“İndi komandamız səfər oyununda azı bir qol vurmalıdır. Amma maksimum ehtiyatlı oynamaq lazım gələcək. Çünki buraxılacaq bir qol hər şeyi korlaya bilər. Ancaq "Qarabağ" da hələ şansını itirməyib. Evdəki qolsuz heç-heçə səfərdə istənilən qollu heç-heçəni Ağdam klubu üçün sərfəli edəcək. Əsas olan yalnız uduzmamaqdır”.

Qeyd edək ki, bu gün “Qarabağ” səfərdə “Rudar”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm