Baş katib: “Qəbələ” inamlı oynadı
Bizi izləyin

İdman

Baş katib: “Qəbələ” inamlı oynadı

AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” klubu ilə keçirdiyi cavab oyunundan danışıb.

Publika.az xəbər verir ki, o, təmsilçimizin əla çıxış etdiyini dilə gətirib:

““Qəbələ” bu gün inamlı oynadı. Ümid edək ki, komandamız oyundan-oyuna daha da yaxşı təsir bağışlayacaq. "Qəbələ" niyə də Avropa Liqasının qrup mərhələsində oynamasın? Bu gün onlar əla çıxış etdilər”.

Qeyd edək ki, ilk oyunda 0:1 hesabıyla uduzmuş komandamız doğma meydanda 2:0 hesabıyla qalib gəlib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm