“Atletik” “İnter”lə bağlı ciddi səhv buraxdı - FOTO
Bizi izləyin

İdman

“Atletik” “İnter”lə bağlı ciddi səhv buraxdı - FOTO

Xəbər verdiyimiz kimi, Avroliqanın III təsnifat mərhələsində Azərbaycanın “İnter”i İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, rəqib komandanın rəsmi saytında təmsilçimizlə bağlı ciddi səhvə yol verilib. Belə ki, “Atletik”in rəsmi saytı "bankirlər"in sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin klubdan ayrılmasından xəbərsizdir.

Sayt paylaşdığı son xəbərlərdən birində oyunöncəsi mətbuat konfranslarının vaxtlarını açıqlayarkən, "İnter"in baş məşqçisi kimi hazırkı çalışdırıcı Zaur Svanadzeni yox, onun ötən mövsümün sonuna kimi komandanın “sükanı arxasında” olan həmvətəni Kaxaber Tsxadadzeni göstərib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm