Almaniya klubunun avtobusu atəşə tutuldu
Bizi izləyin

İdman

Almaniya klubunun avtobusu atəşə tutuldu

Almaniya kubokunda keçiriləcək “Herta” - “Arminiya” oyunundan əvvəl insident baş verib.

Publika.az xəbər verir ki, naməlum şəxs “Herta”nın avtobusunu atəşə tutub. Hadisə zamanı avtobusda sürücüdən başqa heç kim olmayıb. Xoşbəxtlikdən, sürücü xəsarət almayıb.

Ancaq güllə onun başından azca aralı keçib. “Herta”nın meneceri Maykl Prits hadisə barədə danışıb:

“Sürücümüz komandanın üzvlərini dəmir yolu vağzalından götürməyə hazırlaşırmış. Bu vaxt naməlum şəxs avtobusa atəş açıb. Avtobusa atəş açan şəxs motosikletdə olub”.

Polis atəş açan şəxsin axtarışına başlayıb. “Herta” - “Arminiya” görüşü avqustun 10-na planlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm