“Qəbələ” də qalib gəldi, “Qarabağ” da - VİDEO
Bizi izləyin

İdman

“Qəbələ” də qalib gəldi, “Qarabağ” da - VİDEO

Dünən Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib. İlk oyun günündə iki görüş keçirilib. Hər iki qarşılaşma ölkəmizi Avropada təmsil edən klubların iştirakı ilə baş tutub. "Qarabağ" "Rəvan"ın, "Qəbələ" isə AZAL-ın qonağı olub.

Publika.az xəbər verir ki, Avropa Liqasındakı təmsilçilərimizdən hər ikisi səfər oyununu qələbəylə başa vurub. Ağdamlılar "Rəvan"ı 2:1, "Qırmızı-qaralar" isə AZAL-ı 2:0 hesabıyla məğlub edərək, yeni mövsümdə Premyer Liqada ilk qələbələrini qazanıblar.

bu gün daha iki oyun keçiriləcək. İlk turda "İnter"i məğlub edən "Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olacaq. FİFA tərəfindən "Ağ-yaşıllar"a yeni transferlərini oynatmaq qadağası qoyulsa da, Yunis Hüseynovun komandası ikinci qələbəsini qazanmağa çalışacaq.

Daha bi görüş isə Gəncədə baş tutacaq. İlk turda qələbə qazanan debütant "Zirə" "Neftçi"dən xal almağı bacaran "Kəpəz"in qonağı olacaq. "Kəpəz" Premyer Liqada uzun fasilədən sonra azarkeşləri önündə oynamaqla, bunu qələbəylə qeyd etməyə çalışacaq. Amma transferlərə xeyli pul xərcləyən "Zirə" gəncəlilərə asan təslim olana oxşamır. Oyun saatını gözləyək...

Turun son oyunu sabah - "Neftçi"ylə "İnter" arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası, 2-ci tur

15 avqust

Rəvan - Qarabağ 1:2

Tural Qürbətov, 87 - Yamin Ağakərimzadə, 67. Qara Qarayev, 83.

AZAL - Qəbələ 0:2

Aleksey Qay, 45-p. Aleksey Antonov, 76.

16 avqust

21:00 Sumqayıt - Xəzər Lənkəran

18:30 Kəpəz - Zirə

17 avqust

21:00 İnter – Neftçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm