• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qəbələdə ənənə pozulmadı

  • İdman
  • 12 Mart 2014 17:31
  • 374 Baxış
Qəbələdə ənənə pozulmadı

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, günün ilk qarşılaşması "Qəbələ" və "Qarabağ" arasında keçirilib. Matç 0:0 hesabı ilə başa çatıb. Bununla da "Qəbələ" və "Qarabağ" arasında baş tutan kubok oyunlarındakı ənənə davam edib.

Belə ki, komandalar bundan əvvəl 1/4 finalda iki dəfə qarşılaşıb. Bütün oyunlar heç-heçə (2:2, 0:0, 1:1, 0:0) başa çatıb və "Qarabağ" səfər qolu sayəsində mərhələ adlayıb. "Bakı" "Rəvan"ın qonağı olub. Matçın taleyini bir qol həll edib. Cavid Hüseynovun 28-ci dəqiqədə vurduğu qol "Bakı"ya səfərdə qələbə qazandırıb.

Digər oyunda isə "Xəzər Lənkəran" "Araz Naxçıvan"ın qonağı olub. Naxçıvan Muxtar Respublika stadionunda baş tutan oyunun 34-cü dəiqəsində "Xəzər Lənkəran" penalti qazansa da, Sadio Tounkaranın zərbəsini qapıçı dəf edib. Əvəzində Alvaro Silva 69-cu dəqiqədə Lənkəran klubunu hesabda önə keçirib. Lakin 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Tərlan Xəlilov bərabərliyi təmin edib.

İlk mərhələyə "İnter" - "Neftçi" qarşılaşması ilə yekun vurulacaq. Saat 19.00-da "Şəfa" stadionunda başlayacaq qarşılaşmada ədaləti Əliyar Ağayev qoruyucaq.

Qeyd edək ki, bu mərhələnin cavab matçları martın 19-da keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final

İlk oyunlar

12 mart

Qəbələ - Qarabağ 0:0

Qəbələ: 1. Kamran Ağayev (k), 3. Nikola Valentiç, 6. Vladimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Amit Quluzadə, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 46. Davron Erqaşov.

Baş məşqçi: Yuri Syomin.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 11. Ulriş Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 19. Jaba Dvali, 25. Ansi Aqolli, 41. Leroy Corc, 44. Eltun Yaqublu, 70. Çumbinyo.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Qəbələ şəhər stadionu. Saat 14.30.

Rəvan - Bakı 0:1

Qol: Cavid Hüseynov, 28.

Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 25. Ayaz Mehdiyev, 28. Boyan Markoviç, 40. Mişel Balokoq.

Ehtiyat oyunçular: 1. Lukaş Sapela, 7. Elvin Həsənəliyev, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.

Baş məşqçi: Güvənc Kurtar.

Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 5. Ruben Qonzales, 4. Mario Alvares, 3. Yure Travner, 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev, 16. Juninyo, 17. Risto Ristoviç, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k).

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 24. Georgios Pelagias, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov, 6. Vadim Abdullayev, 15. Alberto Noquera, 22. Namiq Ələsgərov.

Baş məşqçi: Milinko Pantiç.

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Şahin Cəfərov.

"Bayıl Arena". 15.00.

Araz Naxçıvan - Xəzər Lənkəran 1:1

Qollar: Tərlan Xəlilov, 90+2 Alvaro Silva, 69.

Araz Naxçıvan: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 5. Cavid Həsənov, 6. Mikayıl Rəhimov, 8. Elmin Çobanov, 9. İrfan Yuseyinov, 10. Eşqin Quliyev (k), 11. Fərid Quliyev, 14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov.

Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 15. Elgün Abbaslı, 7. Akif Tağıyev, 19. Tərlan Xəlilov, 25. Elgiz Kərimli, 3. Əlimirzə Daşzərini, 94. Tural Hümbətov.

Baş məşqçi: Əsgər Abdullayev.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev 9 (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 23. Nikola Qliqorov.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Deyan Blajevski, 11. Zohair Benouahi, 16. Adrian Pit, 30. Elias, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.

Baş məşqçi: Mustafa Dənizli.

Qolla nəticələnməyən penalti: Sadio Tounkara, 34.

Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Əli Hüseynov.

Naxçıvan Muxtar Respublika stadionu. Saat 15.00.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR