Azərbaycan Kubokunda 3 heç-heçə, 1 qələbə
Bizi izləyin

İdman

Azərbaycan Kubokunda 3 heç-heçə, 1 qələbə

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib. Publika.az xəbər verir ki, 4 oyun eyni gündə baş tutub.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib. Publika.az xəbər verir ki, 4 oyun eyni gündə baş tutub.

İlk oyunda "Qəbələ" və "Qarabağ" arasında keçirilib. Matç 0:0 hesabı ilə başa çatıb. Bununla da "Qəbələ" və "Qarabağ" arasında baş tutan kubok oyunlarındakı ənənə davam edib. Belə ki, komandalar bundan əvvəl 1/4 finalda iki dəfə qarşılaşıb. Bütün oyunlar heç-heçə (2:2, 0:0, 1:1, 0:0) başa çatıb və "Qarabağ" səfər qolu sayəsində mərhələ adlayıb.

"Bakı" "Rəvan"ın qonağı olub. Matçın taleyini bir qol həll edib. Cavid Hüseynovun 23-cü dəqiqədə vurduğu qol "Bakı"ya səfərdə qələbə qazandırıb.

Digər oyunda isə "Xəzər Lənkəran" "Araz Naxçıvan"ın qonağı olub. Naxçıvan Muxtar Respublika stadionunda baş tutan oyunun 31-ci dəiqəsində "Xəzər Lənkəran" penalti qazansa da, Sadio Tounkaranın zərbəsini qapıçı dəf edib. Əvəzində Alvaro Silva 69-cu dəqiqədə Lənkəran klubunu hesabda önə keçirib. Lakin 90+3-cü dəqiqədə əllə oyandığına görə ikinci sarı vərəqəni alan Alvaro Silva "Xəzər Lənkəran"ın qapısına penalti təyin olunmasına səbəb olub. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Tərlan Xəlilov bərabərliyi təmin edib.

İlk mərhələyə "İnter" - "Neftçi" qarşılaşması ilə yekun vurulub. İlk yarıda Araz Abdullayev penaltini boşa verərək "Neftçi"ni məyus edib. 51-ci dəqiqədə Bahodir Nasimov qonaqları hesabda önə keçirib. 85-ci dəqiqədə isə Vaqif Cavadov bərabərliyi təmin edib - 1:1.

Qeyd edək ki, bu mərhələnin cavab matçları martın 19-da keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final

İlk oyunlar

12 mart

Qəbələ - Qarabağ 0:0

Qəbələ: 1. Kamran Ağayev (k), 3. Nikola Valentiç, 6. Vladimir Levin, 7. Marat İzmaylov (42. Leonardo da Silva, 69), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (22. Lourival Assis, 58), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 79).

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Amit Quluzadə, 17. Nuran Qurbanov, 46. Davron Erqaşov.

Baş məşqçi: Yuri Syomin.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem (70. Çumbinyo, 61), 11. Ulriş Kapolonqo (41. Leroy Corc, 68), 17. Vüqar Nadirov (19. Jaba Dvali, 81), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 25. Ansi Aqolli, 44. Eltun Yaqublu.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqələr: Dodo, 87 (qeyri-idman hərəkəti) - Maksim Medvedev, 32 (qeyri-idman hərəkəti).

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Qəbələ şəhər stadionu. 1200 tamaşaçı.

Rəvan - Bakı 0:1

Qol: Cavid Hüseynov, 23.

Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev (41. Kamil Kopunek, 69), 17. Ramazan Abbasov (k) (30. Cəmşid Məhərrəmov, 53), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 70), 28. Boyan Markoviç, 40. Mişel Balokoq.

Ehtiyat oyunçular: 1. Lukaş Sapela, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov.

Baş məşqçi: Güvənc Kurtar.

Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 5. Ruben Qonzales, 4. Mario Alvares (24. Georgios Pelagias, 69), 3. Yure Travner, 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev, 16. Juninyo (22. Namiq Ələsgərov, 89), 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 74), 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k).

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 6. Vadim Abdullayev, 15. Alberto Noquera.

Baş məşqçi: Milinko Pantiç.

Sarı vərəqələr: Mitya Moreç, 51 (qeyri-idman hərəkəti). Kamil Kopunek, 78 (qeyri-idman hərəkəti) - Juninyo, 37 (qeyri-idman hərəkəti). Mario Alvares, 45+1 (qeyri-idman hərəkəti). Risto Ristoviç, 51 (qeyri-idman hərəkəti). Rauf Əliyev, 75 (qeyri-idman hərəkəti).

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Şahin Cəfərov.

"Bayıl Arena". 300 tamaşaçı.

Araz Naxçıvan - Xəzər Lənkəran 1:1

Qollar: Tərlan Xəlilov, 90+4 - Alvaro Silva, 69.

Araz Naxçıvan: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 5. Cavid Həsənov, 6. Mikayıl Rəhimov, 8. Elmin Çobanov, 9. İrfan Yuseyinov (22. Əziz Hüseynov, 76), 10. Eşqin Quliyev (k), 11. Fərid Quliyev (19. Tərlan Xəlilov, 46), 14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov (3. Əlimirzə Daşzərini, 85).

Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 7. Akif Tağıyev, 25. Elgiz Kərimli, 94. Tural Hümbətov.

Baş məşqçi: Əsgər Abdullayev.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo (16. Adrian Pit, 87), 14. Rahid Əmirquliyev 9 (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 23. Nikola Qliqorov (11. Zohair Benouahi, 58).

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Deyan Blajevski, 30. Elias, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.

Baş məşqçi: Mustafa Dənizli.

Qolla nəticələnməyən penalti: Sadio Tounkara, 31.

Sarı vərəqələr: Cavid Həsənov, 52 (qeyri-idman hərəkəti). Mikayıl Rəhimov, 90 (qeyri-idman hərəkəti) - Alvaro Silva, 72 (qeyri-idman hərəkəti); 90+3 (bilərəkdən əl ilə oyun). Tural Cəlilov, 79 (bilərəkdən əl ilə oyun).

Qırmızı vərəqə: Alvaro Silva, 90+3.

Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Əli Hüseynov.

Naxçıvan Muxtar Respublika stadionu. 8500 tamaşaçı.

İnter - Neftçi 1:1

Qollar: Vaqif Cavadov, 85 - Bahodir Nasimov, 51.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (9. Aleksandr İaşvili, 69), 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye (28. Baçana Tsxadadze, 82), 21. Arif Daşdəmirov (33. Matiya Spiçiç, 46), 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 11. Asif Məmmədov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodir Nasimov (11. Melvin Platye, 90+2), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (6. Rəşad Sadiqov, 61), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (3. Denis Silva, 77).

Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 23. Ruslan Qurbanov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sarı vərəqələr: Brüs Abdulaye, 23 (qeyri-idman hərəkəti). Laşa Salukvadze, 64 (qeyri-idman hərəkəti). Sezar Meza Kolli, 86 (qeyri-idman hərəkəti). Baçana Tsxadadze, 90+2 (qeyri-idman hərəkəti) - Mirhüseyn Seyidov, 18 (qeyri-idman hərəkəti). Karlos Kardoso, 21 (qeyri-idman hərəkəti). Erik Ramos, 90+2 (qeyri-idman hərəkəti).

İstifadə olunmamış penalti: Araz Abdullayev, 45.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Məlik Həsənov.

“Şəfa” stadionu. 2000 tamaşaçı.

Bombardirlər: Sadio Tounkara (Xəzər Lənkəran), Mbilla Etame (Xəzər Lənkəran), Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Vüsal Qarayev (Rəvan), Rəşad Eyyubov (Simurq), Elvin Adişirinli (Şuşa) - 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm