İngilislər “Belçika qızılı” üstündə didişir
Bizi izləyin

İdman

İngilislər “Belçika qızılı” üstündə didişir

Ötən mövsüm “Volfsburq”un heyətində fantastik mövsüm keçirən və komandasının gümüş medal qazanmasına töhfə verən Kevin De Bruyne az qala bütün nəhəng klubların diqqət mərkəzindədir. Bir neçə gün əvvəl “Mançester Siti”nin artıq belçikalı futbolçuyla anlaşdığı deyilirdi. Amma bu “qiymətli cəvahir”i əldə etmək asan görünmür.

Publika.az xəbər verir ki, “Şəhərlilər”in əzəli rəqibi “Mançester Yunayted” də 24 yaşlı belçikalı yarımmüdafiəçiyə elçi düşüb. Onu transferini həll etməyə çalışan “Qırmızı şeytanlar” əməkhaqqı və bonuslarla birlikdə 200 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Bu haqda Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat verib.

Hərçənd De Bruyne özü daha bir il “Volfsburq”da qalmaq niyyətindədir. Daha sonra isə “Bavariya”nın formasını geyinməyi arzulayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm