Rəşad Sadiqov: “Yaxşı oyunla qrupda da tarix yazmaq istəyirik”
Bizi izləyin

İdman

Rəşad Sadiqov: “Yaxşı oyunla qrupda da tarix yazmaq istəyirik”

Avropa Liqasının pley-off mərhələsində səfərdə “Panatinaikos”la heç-heçə edən (2:2) “Qəbələ” turnirin qrup mərhələsinə vəsiqə qazandı. Bununla da təmsilçimiz tarix yazdı. İndi onları növbəti çətin sınaqlar gözləyir. Bildirək ki, Yunanıstandan qəhrəman kimi dönən futbolçularımız artıq vətəndədir. Qrup mərhələsinə vəsiqə qazanmaları münasibəti ilə “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovla söhbətləşmək qərarına gəldik.

Futbolçu Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, qrup mərhələsində də tarix yazmaq üçün əllərindən gələni edəcəklər.

- "Panatinaikos"la tarixi səfər oyununuzu necə qiymətləndirirsiz?

- Oyun çox gərgin keçdi. Doğrudan da o cür atmosferdə "Panatinaikos"la öz meydanlarında oynamaq çox çətin idi. Düşünürəm ki, layiqli nəticə əldə etdik, qrup mərhələsinə adladıq.

- Oyun ərzində yararlana bilmədiyiniz qol vəziyyətləri də oldu?

- Bu barədə məşqçinin fikir bildirməyi daha düzgündür. Biz futbolçular bunu çox da dəqiq deyə bilmərik. Oyunun sonlarına doğru rəqib hesabı bərabərləşdirəndə həyəcanımız var idi. Rəqib daha güclü təzyiq etməyə başlamışdı. Amma biz lazım olan nəticəni qorumağı bacardıq. Düzdür, qələbə də qazana bilərdik. Sonuncu 15 dəqiqədə yaxşı əks-hücumlar etdik. Təəssüf ki, onlardan yararlana bilmədik. Buna baxmayaraq, qrupdayıq.

- Vətəndə necə qarşılandız?

- Çox gözəl. Azarkeşlərin bizə olan güvənini hiss etdik. Vətəndə də çox gözəl şəkildə bizi qarşıladılar. Şadıq ki, azarkeşlərimizi sevindirə bildik. Onlara bizə verdikləri dəstəyə görə təşəkkür edirəm.

- Klub rəhbəliyi qələbəyə görə sizə nə dedi?

- Oyundan sonra paltar dəyişmə otağında bizi, komandanı təbrik etdilər.

- Sizcə bundan sonra necə davam edəcək? Növbəti dəfə tarix yazılacaqmı?

- Biz indi qrupdan çıxmağı düşünürük. İnşallah bunu da bacararıq. Yaxşı oyunla qrupda da tarix yazmaq istəyirik. Püşkatmadan sonra rəqiblər bəlli olacaq. Burada da təbii ki, asan rəqib gözləmək olmaz. Bizim üçün vacib olan layiqli oyun göstərməkdir?

- Sirr deyilsə, mükafat barədə soruşardım. Yəqin ki, sizə mükafat vəd edilib?

- Mükafatın məbləği barədə deyə bilmərəm, bunu klub rəhbərliyi təyin edir. Amma bizə hər oyundan sonra mükafat verilir. Yəqin ki, yenə olar...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm