Ukrayna, Rusiya və Estoniya ehtiyatlı olmalıdır
Bizi izləyin

İdman

Ukrayna, Rusiya və Estoniya ehtiyatlı olmalıdır

Bu gün AÇ-2016-nın seçmə mərhələsinin C, E və G qrupunda növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Jilinada baş tutacaq. Burada Slovakiya millisi Ukraynanı qəbul edəcək. Bu oyun ukraynalıların qrup mərhələsində ilk iki pillədən birini tutaraq qitə birinciliyinə birbaşa yollanması üçün son şansıdır.

Digər maraq doğuran oyunda isə Sloveniya Estoniyanı qəbul edəcək. Bu oyun E qrupunda 3-cü yerin sahibini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. "Qəbələ"nin üzvü Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi hazırda qərarlaşdığı 3-cü yeri qoruyub saxlamaq üçün səfər oyunundan ən azı heç-heçəylə qayıtmalıdır.

AÇ-2016, seçmə mərhələ

8 sentyabr

C qrupu

23:45 Makedoniya - İspaniya

23:45 Slovakiya - Ukrayna

23:45 Belarus - Luksemburq

1. İspaniya - 18 (7), 2. Slovakiya - 18 (7), 3. Ukrayna - 15 (7), 4. Belarus - 4 (7), 5. Luksemburq - 4 (7), 6. Makedoniya - 3 (7).

E qrupu

23:45 İngiltərə - İsveçrə

23:45 Sloveniya - Estoniya

23:45 Litva - San Marino

1. İngiltərə - 21 (7), 2. İsveçrə - 15 (7), 3. Estoniya - 10 (7), 4. Sloveniya - 9 (7), 5. Litva - 6 (7), 6. San Marino - 1 (7).

G qrupu

23:45 İsveç - Avstriya

23:45 Lixtenşteyn - Rusiya

23:45 Moldova - Monteneqro

1. Avstriya - 19 (7), 2. İsveç - 12 (7), 3. Rusiya - 11 (7), 4. Monteneqro - 8 (7), 5. Lixtenşteyn - 5 (7), 6. Moldova - 2 (7).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm