2024-cü ilə daha bir namizəd - BU ŞƏHƏR
Bizi izləyin

İdman

2024-cü ilə daha bir namizəd - BU ŞƏHƏR

Almaniyanın Hamburq şəhəri 2024-cü ildə baş tutacaq Yay Olimpiya Oyunlarını keçirməklə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi ərizə təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə, Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) rəsmi saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, Hamburq meri Olaf Şolts və DOSB prezidenti Alfons Horman müvafiq ərizəni imzalayıb.

Xatırladaq ki, ilk öncə Berlinin də namizədliyi müzakirə mövzusu idi. Lakin martda DOSB seçimini Hamburqda saxladı.

Qeyd edək ki, əvvəllər 2024-cü il olimpiadasına Roma (İtaliya), Paris (Fransa), Los-Anceles (ABŞ) və Budapeşt (Macarıstan) də namizədliyini irəli sürüb. Əhmədabad (Hindistan) və Toronto (Kanada) ilə yanaşı, Bakının da bu siyahıda olacağı gözlənilir.

Namizədlərin yekun siyahısı sentyabrın 15-də, qalib isə 2017-ci ildə açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm