Şok! 22 il həbs cəzası alan qatillə 5 illik müqavilə bağlandı - FOTOLAR
Bizi izləyin

İdman

Şok! 22 il həbs cəzası alan qatillə 5 illik müqavilə bağlandı - FOTOLAR

Şok! 22 il həbs cəzası alan qatillə 5 illik müqavilə bağlandı-FOTOLAR

Braziliya futbolunda ilginc qərar verilib.

Publika.az xəbər verir ki, ötən ilin martında arvadını öldürdüyü üçün 22 il 3 ay azadlıqdan məhrum edilən qapıçı Bruno Fernandes de Souzanın karyerasını davam etdirməsinə qərar verilib.

“Atletiko Mineyro”, “Korintians” və “Flamenqo” kimi böyük klublarda forma geyinmiş qolkiper Mineyro çempionatında çıxış edən “Montes Klaros” klubu ilə 5 illik müqavilə bağlayıb.

Braziliya qanunlarına əsasən həbsxanada 3-4 il özünü yaxşı aparan məhkumlara çalışmaq imkanı verilir. Bu qanundan yararlanan Bruno Fernandes de Souza klubla müqavilə imzalayıb.

Onu oyunlar zamanı polislər müşahidə edəcək. Bir sözlə, qolkiper 90 dəqiqə azadlıqda olacaq.

Klub prezidenti Ville Mokellin məhkum qolkiperlə müqavilə bağlamalarını belə izah edib: “Ona şans vermək istədik. Bu, onun yenidən oynaması üçün bir fürsətdi. Komandanı gücləndirə biləcək futbolçu olduğuna inanırıq”.

Qeyd edək ki, 2010-cu ildən həbsdə olan de Souza ötən il başa çatan məhkəmədə günahını etiraf etmişdi. Qolkiper keçmiş həyat yoldaşını uşaqlarına aliment ödəməkdən qurtulmaq üçün öldürdüyünü bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm