“Tottenhem”lə “Qarabağ” arasındakı səviyyə fərqi – 260 milyon avro
Bizi izləyin

İdman

“Tottenhem”lə “Qarabağ” arasındakı səviyyə fərqi – 260 milyon avro

Bu gün Avropa Liqasının qrup mərhələsinə start veriləcək. Azərbaycanı turnirdə təmsil edən iki klubdan biri olan "Qarabağ" ilk turda İngiltərənin "Tottenhem" klubunun qonağı olacaq.

Publika.az oyundan əvvəl "Transfermarkt"ın iki komandanın Avropa Liqası üçün sifariş etdiyi futbolçulara qoyuduğu qiymətlərə nəzər yetirib.

Məşhur alman saytı "Tottenhem"in sifariş ərizəsindəki 23 futbolçuya (yalnız A listi, B listi nəzərə alınmayıb) 273 milyon avro qiymət qoyub. "Qarabağ"ın 24 nəfərlik A listinin ümumi dəyəri isə 12 milyon 650 min avrodur. Bu isə iki komandanın heyəti arasında 260 milyon 350 avro fərqin olması deməkdi.

"Tottenhem"in ən dəyərli oyunçusu Kristian Eriksendir. "Transfermarkt" ona 27 milyon avro qiymət qoyub. "Qarabağ"ın ən dəyərlisi olan yeni transfer Miçelin isə cəmi 1 milyon 500 min avro dəyəri var. İnglis klubunun heyətindəki ən ucuz futbolçular - Aleks Pritçard və Tom Karroll belə ondan iki dəfə bahadır. (Fanat.az)

Qarabağ (Azərbaycan)

1. Miçel - 1.500.000 avro

2. Riçard Almeyda - 1.200.000

3. Reynaldo Silva - 1.000.000

4. Samuel Armenteros - 1.000.000

5. Çumbinyo - 900.000

6. Dani Kintana - 800.000

7. Əlhərbi Əl Jadeyui - 800.000

8. İbrahim Şehiç - 700.000

9. Raydell Pupon - 600.000

10. Qara Qarayev - 500.000

11. Bədavi Hüseynov - 450.000

12. Maksim Medvedev - 400.000

13. Rəşad Sadıqov - 400.000

14. Cavid Tağıyev - 400.000

15. Elvin Məmmədov - 350.000

16. Əfran İsmayılov - 300.000

17. Coşqun Diniyev - 300.000

18. İlqar Qurbanov - 300.000

19. Ansi Aqolli - 300.000

20. Elvin Yunuszadə - 175.000

21. Fərhad Vəliyev - 100.000

22. Vüqar Mustafayev - 100.000

23. Halit Oğuzhan - 50.000

24. Azər Salahlı - 25.000

Cəmi: 12.650.000

Tottenhem (İngiltərə)

1. Kristian Eriksen - 27.000.000

2. Harri Keyn - 25.000.000

3. Erik Lamela - 22.000.000

4. Uqo Lloris - 22.000.000

5. Yan Vertongen - 19.000.000

6. Son Honq-Min - 16.000.000

7. Tobi Alderveyreld - 15.000.000

8. Musa Dembele - 14.000.000

9. Kile Valker - 13.000.000

10. Nasir Çadli - 13.000.000

11. Denni Rouz - 11.000.000

12. Erik Dier - 10.000.000

13. Federiko Fazio - 8.000.000

14. Ben Deyvis - 8.000.000

15. Andres Taunsend - 8.000.000

16. Kevin Vimmer - 7.500.000

17. Rayan Mason - 7.500.000

18. Kiran Tripper - 6.000.000

19. Mişel Vorm - 5.000.000

20. Klinton Nye - 5.000.000

21. Dele Alli - 5.000.000

22. Aleks Pritçard - 3.000.000

23. Tom Kerroll - 3.000.000

Cəmi: 273.000.000

Oxumağa davam et
Reklam
Reklam

Gündəm