Dünyanın ən sürətli adamı “atanşik” çıxdı - FOTO
Bizi izləyin

İdman

Dünyanın ən sürətli adamı “atanşik” çıxdı - FOTO

100 metr məsafəni 9.58, 200 metri 19.19 saniyəyə qaçmaqla dünya rekordunu müəyyənləşdirən yamaykalı atlet Useyn Bolt haqqında şok iddia yayılıb.

Publika.az xəbər verir ki, dünyanın ən sürətli atleti Londondakı gecə klublarının birində əyləndikdən sonra 10 min funt sterlinq məbləğində hesabı ödəmədən məkanı tərk edib.

Görünür, gecə klubunda Lindsi Loan və Deysi Lou kimi məşhur gözəlçələrlə səhərə kimi rəqs edib əylənən Bolt bahalı içkilərin təsirindən hesabı ödəməyi unudub. Deyilənlərə görə, bar işçiləri Boltun arxasınca düşsə də, onu tuta bilməyiblər.

Düzdür, ertəsi gün Bolt yenidən həmin məkana gələrək hesabı ödəyib və gecə klubunun işçilərindən üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm