“Qəbələ”ni “Sarar” geyindirəcək
Bizi izləyin

İdman

“Qəbələ”ni “Sarar” geyindirəcək

"Qəbələ"ylə Türkiyənin "Sarar" şirkəti arasında geyim sponsorluq müqaviləsi imzalanıb.

Publika.az xəbər verir ki, müqaviləyə əsasən, "Qəbələ"nin futbolçu və administrativ heyəti iki mövsüm - 2015/2016 və 2016/2017 mövsümündə daxili və xarici səfərlər zamanı "Sarar" firmasının istehsalı olan geyim dəstlərini geyinəcəklər.

Geyimlər hər mövsüm yaz-yay və payız-qış olmaqla iki dəst hazırlanacaq.

"Sarar"ın reklam lövhələri "Qəbələ"nin ev oyunlarını keçirdiyi meydançada və mətbuat konfransları zamanı arxa fon lövhələrində yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm