Daha iki futbolçu həbs olundu
Bizi izləyin

İdman

Daha iki futbolçu həbs olundu

Birləşmiş Ərəb Əmirliklərində iki futbolçu məhkəmə qarşısına çıxarılacaq.

Publika.az xəbər verir ki, futbolçular sosial şəbəkədə yayılmış təhqiramiz videoya görə ittiham olunurlar. Onlar bu videoda nalayiq ifadələr və jestlərlə futbol təsərrüfatında çalışan bir şəxsi təhqir ediblər. İttiham olunanların və təhqirə məruz qalan şəxsin adları açıqlanmır. Məsələ ilə bağlı prokurorluğun yaydığı bəyanatda deyilir:

"Qanun ictimaiyyəti bu cür təhqirlərdən çəkinməyə çağırır. Bu çağırış xüsusilə də idman sahəsindən çalışanlara aiddir. Çünki onlar başqaları üçün örnək olmalıdır. Belə təhqirə əl atan istənilən şəxs cəzaya məruz qalacaq".

Yerli mətbuatın iddiasına görə, futbolçular videoda millinin məşqçisi Mahdi Alini təhqir ediblər. Məlumata görə, prokurorluq bu futbolçulara maksimal - bir il azadlıqdan məhrumetmə və 70 mindən 140 min dollara qədər cərimə cəzası tələb edib. BƏƏ mətbuatı bildirir ki, ittiham olunan futbolçular avqust ayında həbs olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm