Tərlan Əhmədov rəsmən AZAL-da
Bizi izləyin

İdman

Tərlan Əhmədov rəsmən AZAL-da

Tərlan Əhmədov rəsmən AZAL-da

Tərlan Əhmədov rəsmən AZAL-ın baş məşqçisi təyin edilib. Publika.az xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə iki gün əvvəl istefa verən Vaqif Sadıqovun yerinə gələn 42 yaşlı mütəxəssislə müqavilə imzalanıb.

Yeni baş məşqçi artıq futbolçu heyətinə təqdim olunub. Anlaşmanın müddəti 2,5 ildi. Əhmədov sabahdan etibarən komandanı məşqlərə çıxarılacaq.

Qeyd edək ki, Tərlan Əhmədov futbolçu karyerası ərzində bir çox klubda - "Termist" (Bakı), "Neftçi", "Turan", "Terek" (Rusiya), "Qarabağ", "Anji" (Rusiya), "Şəfa", "Fakel" (Rusiya), "İstiqlal" (İran), "Voln" (Ukrayna), "Karvan" və "Olimpik-Şüvəlan"ın (indiki AZAL) formasını geyinib. O, 1992-2005-ci illərdə milli komandamızda 73 oyun keçirib.

Məşqçiliyə "Xəzər Lənkəran"da başlayan 42 yaşlı mütəxəssis 2009-2010-cu illərdə bu komandada köməkçi işləyib. Əhmədov 2011-2013-cü illərdə "Neftçi"də fəaliyyət göstərib.

Ötən yay Böyükağa Hacıyevin istefasından sonra komandanın başına keçib və Superkubokun finalında "Xəzər Lənkəran"a məğlubiyyətədən baş məşqçi postunu tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm