Görünməmiş etiraz aksiyası – FOTO
Bizi izləyin

İdman

Görünməmiş etiraz aksiyası – FOTO

Görünməmiş etiraz aksiyası – FOTO

Meksikanın 2-ci liqasında indiyədək futbol meydanlarında görünməmiş etiraz aksiyası keçirilib.

Publika.az xəbər verir ki, "Kelaya"nın futbolçuları maaşlarının verilməməsinə original şəkildə etiraz ediblər.

Belə ki, "Merida" ilə oyundan əvvəl komanda şəkil çəkdirərkən futbolçular üzərində dollar işarəsi olan maska taxıblar. Komandanın üzvləri artıq 2 aydı maaş ala bilmirlər.

Borc içində batan klub, hətta otel pulu ödəməmək üçün səfər matçlarına da oyun günü yollanır.

Klubun bazasına verilən su və elektrik enerjisi kəsilib, paltardəyişə otaqlarında istilik sistemi işləmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm