Dopinqdə günahlandırılan idmançımız karyerasını bitirdi
Bizi izləyin

İdman

Dopinqdə günahlandırılan idmançımız karyerasını bitirdi

Dopinqdə günahlandırılan idmançımız karyerasını bitirdi

Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yayıb.

Medallardan məhrum olunan atletlərimizdən biri də Zülfüqar Süleymanovdur. Publika.Az xəbər verir ki, ikinci dəfə dopinqdə suçlanan Süleymanov karyerasını başa vurmaq qərarına gəlib.

Bu barədə idmançının özü məlumat verib:

“Bir idmançı kimi Azərbaycan idmanına hər nə qədər qatqım olsa da, artıq peşəkarlıqdan istefaya göndərilən məmur kimiyəm. Bundan sonra idman, həyatımda yalnız sağlamlıq üçün var olacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm