Topaz Premyer Liqasının 37-ci turunda ev sahibləri qələbə qazanıblar
Bizi izləyin

İdman

Topaz Premyer Liqasının 37-ci turunda ev sahibləri qələbə qazanıblar

Mayın 7-də futbol üzrə Topaz Premyer Liqasının 37-ci turunun son iki oyunu keçirilib.

Hər iki oyunda ev sahibləri qələbə qazanıblar. Belə ki, artıq çempionluğunu rəsmiləşdirən Ağdamın “Qarabağ” komandası “Sumqayıt”ı 1:0, “Neftçi” isə “AZAL”ı 3:1 hesabı ilə məğlub edib.

“İnter Arena”da keçirilən “Qarabağ”-“Sumqayıt” matçını baş hakim Rövşən Rəcəbov idarə edib. Ağdamlıların yeganə qolunu matçın 40-cı dəqiqəsində Əfran İsmayılov rəqibin qapısından keçirib.

Baş hakim Rəhim Həsənovun idarə etdiyi “Neftçi”-“AZAL” görüşü isə “Əlincə Arena”da oynanılıb. Oyunun taleyi qarşılaşmanın ilk hissəsində həll olunub. Flaqmanın heyətində Salas Quinta Antonio 16-cı dəqiqədə hesabı açıb. Matçın 23-cü dəqiqəsində Araz Abdullayev, 44-cü dəqiqədə isə Aylton Silva hesab arasındakı fərqi üçə çatdırıblar. İlk hissə “Neftçi”nin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

“AZAL” fasilədən sonra qollardan yalnız birinin əvəzini çıxa bilib. Nuqzar Kviritiya matçın 48-ci dəqiqəsində fərqlənib.

Xatırladaq ki, mayın 7-də keçirilən digər oyunlarda “İnter” komandası “Rəvan”ı (4:0), “Kəpəz” “Xəzər-Lənkəran”ı (3:0), “Qəbələ” isə “Zirə”ni (3:0) məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm