Yaşıl meydanda dava düşdü - VİDEO
Bizi izləyin

İdman

Yaşıl meydanda dava düşdü - VİDEO

Futbol üzrə Ukrayna Kubokunun yarımfinal mərhələsinin "Zarya" və "Dnepr" arasında keçirilmiş cavab oyunundan sonra dava düşüb.

Publika.az xəbər verir ki, insidentin səbəbkarı "Dnepr"in futbolçusu Roman Zozulya olub. Final fitindən sonra "Zarya" qələbəni bayram edərkən rəqib hücumçu oyunun baş hakimi Anatoli Abdulaya yaxınlaşaraq, kobud şəkildə etirazını bildirib. Bundan sonra iki komanda arasında münaqişə yaşanıb. İnsident komandalar paltardəyişmə otağına yollandıqdan sonra da davam edib.

Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə məğlub olan "Zarya" cavab matçında rəqib qapısından 2 cavabsız top keçirərək adını finala yazdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm