İdman
Bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatı yekunlaşıb - FOTO
Bu gün Bakıda bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatı yekunlaşıb.
Trend-in məlumatına görə, bu gün gimnastlar yeniyetmələr yaş kateqoriyasında (2001-2003-cü il təvəllüdlü) dörd hərəkətlər üzrə medallar uğrunda mübarizə aparıblar.
İplə hərəkətlərdə birinci yeri Veronika Qudis tutub, gümüş medalı İlahə Məmmədova, bürünc medalı isə Zöhrə Ağamirova qazanıblar
Halqa ilə hərəkətlərdə qızıl medalı İlahə Məmmədova qazanıb, ikinci yeri Zöhrə Ağamirova, üçünü yeri isə Darya Farşbafşəhriyari tutublar.
Topla fərdi hərəkətlərdə birinci yeri Darya Farşbafşəhriyari tutub. Sonrakı yerləri müvafiq olaraq Zöhrə Ağamirova və İlahə Məmmədova tutublar.
Gürzlər ilə hərəkətlərə Azərbaycan çempionu İlahə Məmmədova oldu. Sonrakı yerləri müvafiq olaraq Zöhrə Ağamirova və Darya Farşbafşəhriyari tutublar.
Yarışlar ənənəvi Qala-konsertlə başa çatıb.
Ümumilikdə çempionatda 21 idmançı çıxış edib. Onlar həm böyüklərin (2000-ci il və daha böyüklər), həm də yeniyetmələrin (2001-2003-cü il təvəllüdlü) proqramlarında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport", "Spartak", "Sərhədçi" klubları, həmçinin Gəncə və Kürdəmiri təmsil ediblər.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi