• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

AÇ-2016: Portuqaliya və Almaniyanın rəqibi kim olacaq?

  • İdman
  • 15 May 2016 10:38
  • 407 Baxış
AÇ-2016: Portuqaliya və Almaniyanın rəqibi kim olacaq?

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatında son 1/4 final oyunları bu gün keçiriləcək.

Publika.az xəbər verir ki, qalan 2 yarımfinalçının adı İspaniya - İngiltərə və İsveç - Hollandiya matçlarında müəyyənləşəcək. Hər 2 görüş "Bakcell Arena"da olacaq.

Əvvəlcə meydana “D” qrupunun qalibi İspaniya ilə “C” qrupunun ikincisi İngiltərə çıxacaq. Matçı Skandinaviya təmsilçisi Sveyn-Erik Edvartsen idarə edəcək. Elə digər matç da skandinaviyalı FİFA referisinə - finlandiyalı Ville Nevalaynenə həvalə olunub. O, “C” qrupunun lideri İsveçlə “D” qrupunda 2-ci yeri tutan Hollandiya arasında oyunun baş hakimi olacaq.

Xatırladaq ki, ilk yarımfinalçılar Portuqaliya və Almaniya yığmaları olub. Portuqaliya İsveç-Hollandiya, Almaniya İspaniya-İngiltərə cütünün qalibini gözləyir.

15 may

16:00 İspaniya - İngiltərə

"Bakcell Arena" stadionu

20:00 İsveç - Hollandiya

"Bakcell Arena" stadionu

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>