Rusiyalı nazir üzr istədi
Bizi izləyin

İdman

Rusiyalı nazir üzr istədi

Rusiyanı bürüyən dopinq qalmaqalı haqda xəbərlər səngimək bilmir. Ölkənin idman naziri Vitaliy Mutko rusiyalı yüngül atletlərin dopinqdən istifadəsi ilə bağlı üzr istəyib.

Publika.az xəbər verir ki, nazir bununla bağlı “The Sunday Times” qəzetində məqalə yazıb. V. Mutko yazıb ki, onları və dünyanı aldatmağa cəhd edən atletlərin dopinqdən istifadə etməsini əvvəllər aşkarlaya bilmədikləri üçün üzr istəyirlər. Ancaq o, Ümumdünya Yüngül Atletika Federasiyasına üzvlüyü dayandırılan Ümumrusiya Yüngül Atletika Federasiyasının rəhbərliyinin atletlər və məşqçilərlə birlikdə ciddi səhvə yol verdiyini vurğulayıb. Rusiyanın idman naziri 3 vacib səbəblə əlaqədar rusiyalı idmançıların qarşıdan gələn və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılmaması barədə qərarın ədalətsiz və qeyri-mütənasib olacağını qeyd edib. Əvvəla, V. Mutko heç vaxt dopinqdən istifadə etməmiş rusiyalı idmançıların digər rusiyalı atletlərə görə cəzalandırılmamalı olduğunu yazıb. İkincisi, nazir sual edib ki, yalnız rusiyalı idmançıları artıq Rusiyadan kənarda da geniş yayılmış problemə görə cəzalandırmaq nə dərəcədə düzgündür. Eyni zamanda az əvvəl yayılan videomateriallarda dopinq probleminə Böyük Britaniya və ABŞ-da da rast gəlindiyinin yer aldığını nəzərə çatdırıb. Nazir sözlərini belə bitirib:

“Rusiyalı idmançıların Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılması olimpiya həmrəyliyini sarsıdacaq”.

Qeyd edək ki, Ümumdünya Yüngül Atletika Federasiyasının iyunun 17-də iclası keçiriləcək. Əgər bu iclasda Ümumrusiya Yüngül Atletika Federasiyasının Ümumdünya Yüngül Atletika Federasiyasına üzvlüyü bərpa edilməsi barədə qərar verilməsə, rusiyalı yüngül atletlər 5-21 avqust tarixlərində Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm