QƏRAR DƏYİŞDİ: Maliyyə problemi həll olundu
Bizi izləyin

İdman

QƏRAR DƏYİŞDİ: Maliyyə problemi həll olundu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində iştirakı ilə bağlı yekun qərar verilib.

Publika.az xəbər verir ki, Azərbaycan voleybolunun imicinə zərbə gəlməməyi üçün komanda yarışdan imtina etmək qərarını dəyişib. Bu barədə yığmamızın meneceri İlqar İmamquliyev açıqlama verib:

“Kişi voleybolunun ətrafında böyük problemlər dolaşırdı. Yığmamız Avropa çempionatının seçmə mərhələsinə gedə bilmirdi. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin yuxarı instansiyalarla müraciəti bəhrəsiz qalmadı. Bu səbəbdən ona təşəkkür edirik”.

I qrupda yer alan Azərbaycan yığması ev sahibi Gürcüstan, həmçinin İsveç və İsveçrə milliləri ilə qarşılaşacaq. Yığmamız Tiflisə sabah yollanacaq. Oyunlar isə mayın 19-da başlayacaq. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm