“Bakcell U-14 Elit Kuboku”nda püşk atıldı
Bizi izləyin

İdman

“Bakcell U-14 Elit Kuboku”nda püşk atıldı

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-14 Elit Kuboku” turnirinin püşkatma mərasimi keçirilib

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-14 Elit Kuboku” turnirinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə aparıcı ötən mövsüm keçirilmiş U-14 kuboku turniri barədə məlumat verib və yarışın oyunlarından hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra “Bakcell U-14 Elit Kuboku” turnirinin püşkatma səbətləri haqda məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Püşkün atılması üçün AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov səhnəyə dəvət olunub.

Qeyd edək ki, “Bakcell U-14 Elit Kuboku”nda 16 komanda iştirak edəcək. Qrupların hər birində 4 komanda mübarizə aparacaq. Turnirə 9 Premyer Liqa klubunun U-14 komandası qatılacaq. Təkcə "Simurq" yarışda iştirak etməyəcək. Bu komandalarla yanaşı, 6 regionun yığması və "Əlincə" klubu yarışlara qoşulacaq. Turnir yanvarın 27-dən fevralın 10-dək keçiriləcək.

A qrupu

Xəzər Lənkəran

Qarabağ

Şimal yığması

Naxçıvan yığması

B qrupu

Bakı

Qəbələ

Qərb yığması

Mərkəz yığması

C qrupu

Neftçi

Sumqayıt

Cənub yığması

Əlincə

D qrupu

İnter

AZAL

Şimal-Qərb yığması

Rəvan

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm