İdman
Azərbaycanın sərbəst güləşçisi məğlub olub
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi mübarizəyə başlayıb.
Publika.az-ın məlumatına görə, olimpiya çempionumuz Şərif Şərifovdan sonra Avropa və dünya çempionatlarının, eləcə də I Avropa Oyunlarının mükafatçısı Cəmaləddin Məhəmmədov döşək üzərinə çıxıb.
125 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançının 1/8 finaldakı rəqibi ABŞ-dan olan Tervel Dlaqnev olub.
Olimpiya çempionumuz Şərif Şərifovdan fərqli Məhəmmədov mübarizəyə məğlubiyyətlə başlayıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi Məhəmmədovun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Güləşçimiz ikinci hissənin əvvəlində üstünlüyünü 5:0-a çatdırsa da, bundan sonra vəziyyət tam dəyişib. Belə ki, amerikalı rəqib 6 xal qazanaraq görüşü xeyrinə başa şatdırıb. Bununla da Məhəmmədov məğlub olub.
Döşək üzərinə ayağı sarıqlı çıxan güləşçimizin zədəsi də nəticəyə öz təsirini göstərib.
Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finala qədər irəliləməsini gözləməlidir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi