Türkiyə futbolunda ara qarışır-Aziz Yıldırım yenidən həbsxanada?
Bizi izləyin

İdman

Türkiyə futbolunda ara qarışır-Aziz Yıldırım yenidən həbsxanada?

Türkiyə futbolunda ara qarışır-Aziz Yıldırım yenidən həbsxanada?

Türkiyədə ali məhkəmə funksiyalarını yerinə yetirən Yarğıtay ölkə futbolunda danışılmış oyunlarla bağlı məhkəmənin verdiyi qərarı təsdiqləyib.

Publika.az xəbər verir ki, ölkənin son apellyasiya instansiyası olan Yarğıtay “Fənərbaxça”nın prezidenti Aziz Yıldırım haqqında məhkəmənin çıxardığı məhkumluq qərarını təsdiq edib. Bu qərardan sonra Yıldırımın idman klubuna rəhbərlik etmək hüququndan məhrum edilməsi gözlənilir.

Xatırladaq ki, məhkəmə Aziz Yıldırıma 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Lakin o, Yarğıtayın qərarına qədər azadlığa buraxılmışdı. Yarğıtayın ölkə futbolunda danışılmış oyunlarla bağlı İstanbul məhkəməsinin 2 iyul 2012-ci il tarixli qərarını təsdiqləməsindən sonra Aziz Yıldırımın yenidən həbs olunması gözlənilir.

6,3 ilk azadlıqdan məhrum edilmiş klub rəhbəri bu müddətin yalnız 1 ilini həbsdə yatıb. Onun yerdə qalan 5,3 illik müddətin nə qədərini həbsxanada keçirəcəyi dəqiq bəlli deyil. Türkiyə hüquq sistemindəki mürəkkəbliklər səbəbi ilə bəzi hüquqşünaslar Yıldırımın 2,2 il, bəziləri isə 3,2 il həbsdə qalacağını bildirirlər.

Bununla yanaşı, Türkiyə parlamenti xüsusi səlahiyyətli məhkəmələrin qərarı ilə “Ergenekon”, “Balyoz”, “Şike” işləri üzrə cəza almış şəxslərin yenidən mühakimə olunması barədə qərar qəbul edərsə, Aziz Yıldırım həbs olunmayacaq. Lakin hazırkı qərarla o, “Fənərbaxça” və ya başqa bir idman klubuna rəhbərlik etmək hüququnu itirib. Qanuna əsasən Yarğıtayın qərarı rəsmi şəkildə kluba göndərildikdən sonrakı 45 gün müddətində klubda yeni prezident seçkisi keçirilməlidi. Aziz Yıldırım bu seçkidə namizəd ola bilməz.

Hazırda Aziz Yıldırımın Fransada istirahətdə olduğu xəbər verilir. Klubdan bildiriblər ki, məhkəmə qərarına baxmayaraq, prezident vətənə dönəcək.Yarğıtayın qərarı açıqlandıqdan sonra İstanbul birjasında “Fənərbaxça”nın səhmlərinin qiyməti 35 lirədən 30,60 lirəyə düşüb.

Qeyd edək ki, Yarğıtay Aziz Yıldırımla birlikdə onun qardaşı Ali Yıldırım, “Fənərbaxça"nın İdarə Heyətinin üzvləri Şekip Mosturoğlu və İlhan Ekşioğlu, “Beşiktaş”ın keçmiş vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş”ın keçmiş baş məşqçisi Tayfur Havutçu, futbolçular İbrahim Akın, Mehmet Yıldız, Göyçək Vederson, hazırda Qətərdə çalışan baş məşqçi Bülənt Uyğun və digər şəxslər haqqında verilmiş məhkəmə hökmünü də təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm