Bakıda güləş üzrə Federasiya Kuboku keçiriləcək
Bizi izləyin

İdman

Bakıda güləş üzrə Federasiya Kuboku keçiriləcək

Aprelin 19-dan 22-dək “Bakı” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Güləş Federasiyasından Publika.az-a verilən xəbərə görə, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Belarusiya, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 19-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 20-də yunan-Roma güləşi üzrə gənclər, 21-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 22-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm