18 qat olimpiya çempionu yenidən idmana qayıtdı
Bizi izləyin

İdman

18 qat olimpiya çempionu yenidən idmana qayıtdı

18 qat olimpiya çempionu yenidən idmana qayıtdı

Üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felps “Mesa Grand Prix” yarışlarında iştirak edəcək.

Publika.Az xəbər verir ki, turnir aprelin 24-dən 26-a qədər Arizonada keçiriləcək. ABŞ üzgüçülük federasiyasının Maykl Felpsin qayıdışı ilə bağlı bəyanatı belə olub:

“Olimpiadaların 22 qat mükafatçısı Felps güman olunduğu kimi, London-2012-dən sonra ilk yarışına çıxacaq”.

Qeyd edək ki, idmançı şəxsi məşqçisi ilə hazırlıqlara 2013-cü ilin oktyabrından başlayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm