İdman
İdmançılarımız Türkiyəyə niyə gedir?
Azərbaycan karateçiləri daha bir beynəlxalq yarış ərəfəsindədirlər. Yeniyetmələ idmançılarımız Türkiyənin Konya şəhərində IV Beynəlxalq Rumi Uşaq Oyunlarında iştirak edəcəklər. Publika.Az xəbər verir ki, aşağı yaşlılar arasında bu mötəbər yarışda 31 ölkədən 1000-dək idmançı qatılacaq. Yarışlar 15-dək idman növü üzrə keçiriləcək. Yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə bu turnirə 10 idmançı yollanacaq. Heyətə bu idmançılar cəlb edilib:
1. Qasım İsgəndərov (-52 kq)
2. Kənan Ağalarzadə (-57 kq)
3. Seymur Vəliyev (-63 kq)
4. Riyad Feyzizadə (-63 kq)
5. Murad Balakişiyev (-70 kq)
6. Murad Hacızadə (+70 kq)
7. Fidan Teymurova (-47 kq)
8. İnci Əzizova (-47 kq)
9. Şölə Həsənova (-54 kq)
10. Roman Heydərov (kata)
Məşqçi Cavid Rəfiyev və hakim Namiq Pirverdiyev də Konyada IV Beynəlxalq Rumi Uşaq Oyunlarının iştirakçıları arasında olacaqlar. Türkiyəyə aprelin 19-da yollanan idmançılarımız 5 gün sonra vətənə dönəcəklər.
Aygün
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."