İdman
“O, məni məğlubiyyətə sürükləyirdi” – FOTOLAR
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə 3-cü tura yekun vurulub.
Publika.az xəbər verir ki, ilk 2 turda qalib gələn dünya çempionu Maqnus Karlsen bu dəfə Sergey Karyakinlə bərabərə qalıb. Teymur Rəcəbovla Fabiano Karuana da “sülh” bağlayıblar. Şəhriyar Məmmədyarov isə Hikaru Nakamuraya məğlub olub.
Maqnus Karlsen 3-cü turda Sergey Karyakinlə heç-heçədən sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Dünya çempionu hesabat turundakı oyunla bağlı bunları deyib: "Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq.Mürəkkəb oyun alınmışdı. Sona yaxın daha uğurlu gediş yox idi. Ona görə heç-heçə münasib nəticə oldu. Ardıcıl ikinci dəfə 6 saata yaxın mübarizə apardım. Bu partiyaya görə heç-heçə yaxşı nəticədir".
Rusiya təmsilçisi Sergey Karyakin isə Maqnus Karlsenlə görüşə 5 saat hazırlaşdığını söyləyib: "Yaxşı başlasam da, 17-ci gedişdən sonra təhlükələr başladı. Karlsen məni məğlubiyyətə sürükləyirdi. Onunla oyuna 5 saat hazırlaşmışdım. Bununla belə oyun zamanı bəzi gedişləri edəndə çətinlik çəkdim. Heç-heçə normal nəticədir.Fikrimcə növbəti partiya haqda daha ciddi düşünmək lazımdır".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu