Ronaldodakı insan sevgisinə bax! - Bədəninə döymə vurdurmur ki... - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldodakı insan sevgisinə bax! - Bədəninə döymə vurdurmur ki... - FOTOLAR

Dünyada baş verən insan faciələrinə biganə qalmayan nümunəvi idmançı 2012-ci ildə aldığı “Qızıl buts”u fələstinli uşaqlara bağışlamışdı. Hardasa bu butsun qiyməti 1,5 milyon avro idi.

Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçularından biridir. Buna şübhə edən olmamalıdır. O, bir çox MBA ulduzlarından daha hündürə tullanır, Olimpiadalarda bir çox marafonçulardan daha sürətli qaça bilir. Onun başqa özəllikləri də var. Hətta bir çoxlarının ola bilər ki, bu özəlliklərdən xəbəri olmasın...

Məsələn, Ronaldonun bədənində döymə görmüsüz? Yəqin ki, futbolda qol vuran zaman formasını çıxardarkən Kriştianonun bədəninə diqqət edənlər “yox” deyəcək. Halbuki son illərdə futbolçuların bədənlərinin müxtəlif yerlərində döymələr adi hala çevrilib. Ancaq portuqaliyalı ulduz bu istəyinin üzərindən xətt çəkib. Səbəbini də bilməzsiz yəqin. O, tez-tez qanvermə aksiyalarında iştirak etdiyi üçün döymələrdən uzaq durur. Başqa sözlə, bədənin infeksiyalara açıq olmaması, orqanizmin sağlam olması üçün döymədən imtina edən Ronaldo spirtli içkilərdən və tütün məhsullarından da istifadə etmir.

Kriştiano tez-tez vətəni Portuqaliyada və İspaniyada qanvermə aksiyalarına qoşulur. İldə 2-3 dəfə bunu təkrarlayır. O, özünü sosial məsuliyyətli idmançı kimi aparır və bunun da öhdəsindən layiqincə gəlir deyə bilərik. Dünyada baş verən insan faciələrinə biganə qalmayan nümunəvi idmançı 2012-ci ildə aldığı “Qızıl buts”u fələstinli uşaqlara bağışlamışdı. Hardasa bu butsun qiyməti 1,5 milyon avro idi. Bundan başqa, orda dağıdılmış məktəbin təmirinə də kifayət qədər maliyyə vəsaiti ayırmışdı.

Ümumiyyətlə, Ronaldonun iştirak etdiyi xeyriyyə aksiyalarını saymaqla qurtarmaz. O, özü də belə şeylərin reklam olunmasının əleyhinədir. İnanın ki, bu mövzuda bilmədiklərimiz bildiklərimizdən daha çoxdur.

Bu yaxınlarda isə “Türkiyə Qırmızı Aypara Cəmiyyəti” qanvermə aksiyasının təbliğatını genişləndirmək üçün ulduz futbolçu Kriştiano Ronaldo ilə anlaşmağa çalışmışdı. Bunun da səbəbi aydın idi. Kriştiano Dubaydakı qanvermə aksiyasında iştirak etmiş və ona görə qan verənlərin sayında 30 faiz artım olmuşdu.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm