Əfsanədən Qvardiolaya təşəkkür
Bizi izləyin

İdman

Əfsanədən Qvardiolaya təşəkkür

Əfsanədən Qvardiolaya təşəkkür

“Bavariya” Çempionlar Liqasının yarımfinalında “Real”a məğlub olub mübarizəni dayandırandan sonra komandanın baş məşqçisi Xosep Qvardiola tənqidlərə tuş gəldi.

Publika.az xəbər verir ki, belə bir vaxtda “Bavariya”nın İdarə Heyətinin sədri, alman futbolunun əfsanəsi Karl-Haynts Rumenigge ispan mütəxəssisin müdafiəsinə qalxıb. O, “Bavariya”nın tvitter səhifəsində Pepə nəticələrə görə təşəkkür edib: “Qvardiola əla məşqçi və yaxşı insandı. Xosepə və komandaya möhtəşəm nəticələrə görə təşəkkür edirəm. O, olduqca böyük iş gördü”.

Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında “Bavariya” Almaniya çempionluğunu qazanıb, Almaniya kubokunun finalına adlayıb, Çempionlar Liqasının yarımfinalında isə “Real”a məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm