Perunun Argentinaya satılması Braziliyanı necə qarışdırdı? – FOTOLAR
Bizi izləyin

İdman

Perunun Argentinaya satılması Braziliyanı necə qarışdırdı? – FOTOLAR

Perunun Argentinaya satılması Braziliyanı necə qarışdırdı? – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır.

Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1978-ci ildə Argentinada keçirilmiş 11-ci dünya çempionatına həsr olunub.

Çevriliş və Avelanjın müdaxiləsi

Argentina DÇ-ni keçirmək hüququnu 1971-ci ildə almış, üç il sonra bu hüquq FİFA-nın Konqresində bir daha təsdiqlənmişdi. Mundiala bir neçə ay qalmış isə ölkədə çevriliş baş verdi. FİFA təcili Qərbi Almaniyaya müraciət edərək, çempionatı onlara vermək istədi. Ancaq Joao Avelanj işə müdaxilə edərək argentinalı generallarla əlaqələr qurdu və mundialın Cənubi Amerikadan kənara çıxmasına imkan vermədi.

Turnirdə qələbəyə əsas namizədlər Braziliya, Almaniya və Hollandiya sayılırdı. Argentinanın da müəyyən şansları vardı, ancaq çempionluğa ümid böyük deyildi. “Gümüşlər”in baş məşqçisi işə ciddi yanaşaraq, ulduzlar əvəzinə etibarlı oyunçulara üstünlük verəcəyini qeyd etmişdi: “Mənə yaxşı təşkilatlanmış, balanslı komanda lazımdı. Hər dəfə onlara ehtiyac olan anda sönən ulduzlar, fərdlər toplusuna gərək yoxdu”.

Turnirin gedişində meydan sahibləri yalnız bir dəfə - italyanlara uduzdular. Üstəlik, finala qədər yaxşı futbol nümayiş etdirmədilər. Ancaq qazandıqları uğuru haqq etmədiklərini deməyə də adamın dili gəlməz. Menottinin yetirmələri meydanda intizamlı, bəzən çox sadə futbol oynayır, ancaq bu, etibarlı və əsasən də effektli olduğundan nəticə verirdi.

Peru səfirliyi dağıdıldı

Argentina - Braziliya matçında hər iki tərəf riskə getmədi və maraqsız oyunla qolsuz bərabərlik qeydə alındı. Finalçıları sonuncu tur müəyyənləşdirməli idi. Braziliyalılar polyakları 3:1 yenəndən sonra aydın oldu ki, meydan sahibləri Peruya bir top artıq vurmalı olacaq. Və başladı...

Rəqibin cərimə meydançasındakı “açıq qapı” xeyli söz-söhbətə səbəb oldu. Perunun oyun satması fikri gündəmin zirvəsinə çıxdı. Braziliyalı azarkeşlərin hirsinin sərhədi yox idi. Rio-De-Janeyroda Peru səfirliyi darmadağın edildi, Buenos-Ayresdə avtomobillər yandırıldı və Təşkilat Komitəsindən bu işi təhqiq etmək tələb edildi. Ancaq... Finala Argentina yığması çıxdı.

Ki, finalda biz bunu etdik

Menottinin yetirmələri ən yaxşı oyunlarını məhz finalda göstərdilər. Start fitindən etibarən oyunun ipini ələ alan argentinalılar sona qədər onu əldən buraxmadılar. Hətta Nanninqin, son saniyələrdə zərbəsi dirəyə tuş gələn Rensenbrinkin stadionu həyacanlandırması belə, onların əlavə yarım saat ərzində özlərinə inamına mənfi təsir etmədi.

“Yalnız güclü komanda oyunu belə daimi intensivliklə keçirə bilərdi. Ki, finalda biz bunu etdik. Biz daha sürətli, dəqiq və gözlənilməz idik. Dəmir dözümümüz və kollektiv səylərimiz Argentinaya dünya çempionu titulu gətirdi”. Sesar Luis Menotti məhz bu sözlərlə komandasının zəfərini şərh etmişdi. Əksər mütəxəssislər də onunla razı idilər - meydan sahiblərinin komandası müasir futbolun tələbləri səviyyəsində hazırlanmış və dövrün nümunəvi kollektivi idi.

Kroyffsuz Hollandiya və məğlub olmayan Braziliya

Avstriyalı Happelin başçılığı altında oynayan hollandlar da xeyli xoş sözlərə layiq görüldülər. Seçmə mərhələdən sonra yığmada çıxış etməkdən imtina edən Kroyffun yoxluğunda milli yaradıcılıq və baxımlılığı bir qədər itirdi. Startda heç nə ilə yadda qalmayan “narıncılar”, çoxlarını təccübləndirmiş Avstriya ilə matçda, həmçinin italyanlarla oyunun ikinci hissəsində dörd il əvvəlki total futbol nümunələrinin ideal formasını meydanda tətbiq edə bildilər.

Braziliya turnirdə bir oyun da uduzmayaraq üçüncü yeri tutdu. Yarışın əsas sürprizi isə Qərbi Almaniyanın uğursuzluğu oldu. Millidən getmiş Bekkenbauer, Müller, Braytner, Overatsız Bundestim sıradan və şablon görünürdü. Helmut Şön komandanı müdafiəyə oturtmaqla səhvə yol vermişdi. Heç almanların məşhur döyüşkən ruhu da gözə dəymədi.

DÇ-1978. ARGENTİNA

Final mərhələsi. 1 - 25 iyun

16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşdılar.

38 oyun, 1610215 tamaşaçı (orta hesabla hər oyunda 42374)

102 qol (orta hesabla hər oyunda 2,68)

Ən yaxşı futbolçu - Mario Kempes (Argentina)

Bombardir: Mario Kempes (Argentina) - 6.

Nəticələr

Qrup 1

1.İtaliya 3 3 0 0 6-2 6

2.Argentina 3 2 0 1 4-3 4

3.Fransa 3 1 0 2 5-5 2

4.Macarıstan 3 0 0 3 3-8 0

Qrup 2

1.Polşa 3 2 1 0 4-1 5

2.Q.Almaniya 3 1 2 0 6-0 4

3.Tunis 3 1 1 1 3-2 3

4.Meksika 3 0 0 3 2-12 0

Qrup 3

1.Avstriya 3 2 0 1 3-2 4

2.Braziliya 3 1 2 0 2-1 4

3.İspaniya 3 1 1 1 2-2 3

4.İsveç 3 0 1 2 1-3 1

Qrup 4

1.Peru 3 2 1 0 7-2 5

2.Hollandiya 3 1 1 1 5-3 3

3.Şotlandiya 3 1 1 1 5-6 3

4.İran 3 0 1 2 2-8 1

İkinci mərhələ

Qrup A

1.Hollandiya 3 2 1 0 9-4 5

2.İtaliya 3 1 1 1 2-2 3

3.Q.Almaniya 3 0 2 1 4-5 2

4.Avstriya 3 1 0 2 4-8 2

Qrup B

1.Argentina 3 2 1 0 8-0 5

2.Braziliya 3 2 1 0 6-1 5

3.Polşa 3 1 0 2 2-5 2

4.Peru 3 0 0 3 0-10 0

Bütün oyunlar

1. Qərbi Almaniya - Polşa 0:0

2. İtaliya - Fransa 2:1

3. Tunis - Meksika 3:1

4. Argentina - Macarıstan 2:1

5. İsveç - Braziliya 1:1

6. Avstriya - İspaniya 2:1

7. Peru - Şotlandiya 3:1

8. Hollandiya - İran 3:0

9. İtaliya - Macarıstan 3:1

10. Argentina - Fransa 2:1

11. Polşa - Tunis 1:0

12. Qərbi Almaniya - Meksika 6:0

13. Braziliya - İspaniya 0:0

14. Avstriya - İsveç 1:0

15. Şotlandiya - İran 1:1

16. Hollandiya - Peru 0:0

17. İtaliya - Argentina 1:0

18. Fransa - Macarıstan 3:1

19. Polşa - Meksika 3:1

20. Qərbi Almaniya - Tunis 0:0

21. Braziliya - Avstriya 1:0

22. İspaniya - İsveç 1:0

23. Peru - İran 4:1

24. Şotlandiya - Hollandiya 3:2

25. Qərbi Almaniya - İtaliya 0:0

26. Hollandiya - Avstriya 5:1

27. Argentina - Polşa 2:0

28. Braziliya - Peru 3:0

29. İtaliya - Avstriya 1:0

30. Qərbi Almaniya - Hollandiya 2:2

31. Argentina - Braziliya 0:0

32. Polşa - Peru 1:0

33. Hollandiya - İtaliya 2:1

34. Avstriya - Qərbi Almaniya 3:2

35. Argentina - Peru 6:0

36. Braziliya - Polşa 3:1

37. Braziliya - İtaliya 2:1

38. Argentina - Hollandiya 3:1, ə.v.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm