Millimiz Dünya Kubokunu bürünc medalla başa vurdu
Bizi izləyin

İdman

Millimiz Dünya Kubokunu bürünc medalla başa vurdu

Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda bürünc medal qazanıb.

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub.

Publika.az xəbər verir ki, Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla məğlub edib - 6:1.

Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.

Azərbaycan - Türkiyə - 7:1

57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7

61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)

65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)

70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10

74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0

86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1

97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1

125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm