Azərbaycanda hakimi söymək dəbdədi
Bizi izləyin

İdman

Azərbaycanda hakimi söymək dəbdədi

Azərbaycan Premyer Liqasında 18 tur arxada qalıb

Publika.az xəbər verir ki, qış fasiləsinə qədər ən intizamsız komanda "Neftçi" və "Sumqayıt"dı.

Bu komandaların 6 futbolçusu qırmızı vərəqə almaqla, meydanı vaxtından əvvəl tərk ediblər.

Hazırda turnir cədvəlinin lideri olan "Qarabağ"ın futbolçularının aktivində bir dənə də qırmızı vərəqə yoxdu. Ümumulikdə geridə qalan 18 tur ərzində futbolçular 30 dəfə hakimləri qırmızı vərəqə göstərməyə vadar ediblər.

Futbolçular 13 dəfə qeyri-idman hərəkətinə görə cəzalanıblar. Onlar 5 dəfə rəqibi real qol imkanından məhrum etdiyinə görə meydanı vaxtından əvvəl tərk ediblər. Bu futolçulardan ikisi "Neftçi"nin üzvüdü. "Bakı", AZAL və "Simqayıt"ın üzvləri 1 dəfə sonuncu ümid fouluna yol verdikləri üçün qarşısında qırmızı vərəqə görüblər.

Hakimi təhqir etdiyinə görə 5 futbolçu cəzalanıb. "Simurq" və "Sumqayıt"ın futbolçuları bunu 2 dəfə ediblərsə, "Bakı"nın üzvü də 1 dəfə hakimi söyməkdən çəkinməyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm