Futbol dünyasını məyus edən ayrılıq xəbəri
Bizi izləyin

İdman

Futbol dünyasını məyus edən ayrılıq xəbəri

"Başqa klubda fəaliyyətimi davam etdirəcəm".

"Arsenal"ın baş məşqçisi Arsen Venger vəzifəsindən ayrılır.

Publika.az xəbər verir ki, fransız mütəxəssis "Bavariya" ilə oyunlardan sonra bu qərarı verib.

"Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"ya qarşı keçirdiyi hər iki oyunda 1:5 hesabı ilə yenilib. Artıq London klubunun fanatları Arsen Vengerin istefasını tələb edir.

İddialara görə, mütəxəssis "Bavariya" matçından sonra paltardəyişmə otağında futbolçulara "Mövsümün sonunda gedirəm" deyib.

Bundan sonra mətbuatın önünə çıxan Arsen Venger istefası ilə bağlı suala belə cavab verib: "Mövsümün sonunda təqaüdə çıxmaq niyyətində deyiləm. "Arsenal"da və ya başqa klubda fəaliyyətimi davam etdirəcəm". (fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm