“Qarabağ” transfer bombası hazırlayır - Danilo gəlir
Bizi izləyin

İdman

“Qarabağ” transfer bombası hazırlayır - Danilo gəlir

“Qarabağ” transfer bombası hazırlayır - Danilo gəlir

“Qarabağ” transfer bombasını partlatmağa hazırlaşır.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın “Maritimo” klubndan Danilo Diası heyətinə qatmaq istəyir.

Bu barədə "Qarabağ"ın rəsmi "Facebook" səhifəsi məlumat yayıb. "Qurban Qurbanov Çumbinyo-Almeyda-Reynaldo triosunun möhtəşəm çıxışından sonra Danilo Diası da "Qarabağ"a cəlb etmək istəyir. Hansı ki, Qurban Qurbanov vaxtilə bu oyunçunun xidmətində maraqlı olsa da, klubu onu buraxmayıb. Amma bu dəfə danışıqlar daha konkret aparılacaq. "Qarabağ" artıq nümayəndəsini braziliyalı oyunçu ilə görüşə də göndərib" deyə məlumatda bildirilir.

"Qarabağ" Danilo ilə qışda danışıqlar aparmış və razılıq əldə etmişdi. Lakin "Maritimo" çox pul istədiyindən transfer baş tutmamışdı.

Qeyd edək ki, Dias 1985-ci ilin 6 noyabrında Braziliyanın Cerser şəhərində dünyaya gəlib. Karyerası ərzində vətənində "Qoias", "Bandeyrante", "Qama", "Atletiko Qoyanyense", "Qoyanya", "Noroeste", "İpatinqa" və "Uberaba" klublarında çıxış edən 28 yaşlı hücumçu 2010-cu ildə "Maritimo"ya transfer olunub. 4 il ərzində o, bu klubda 134 oyun keçirib və 17 qol vurub. Braziliyalı bu mövsüm Portuqaliya klubunun A komandasında 28 oyun keçirib və 1 qol vurub. O, əvəzedici heyətdə də 2 oyuna çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm