Əfsanə “şeytanlar”ın yanına qayıdır
Bizi izləyin

İdman

Əfsanə “şeytanlar”ın yanına qayıdır

Əfsanə “şeytanlar”ın yanına qayıdır

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Van der Sar yenidən keçmiş klubuna qayıda bilər.

Publika.az xəbər verir ki, hazırda “Ayaks”da marketinq direktoru kimi çalışan Van der Sarın “qırmızı şeytanlar”a məşqçi kimi dönəcəyi bildirilir.

Sar, Lui Van Qall “Mançester Yunayted”lə müqavilə bağlayacağı təqdirdə məşqçilər korpusunda yer alacaq. O, qapıçılar üzrə məşqçi postunu tutacaq.

Qeyd edək ki, hazırda komandada bu postu Kris Vuds tutur. Onu da xatırladaq ki, Aleks Ferqyuson 2011-ci ildə Van der Sarı “Mançester Yunayted”ə dəvət etsə də, hollandiyalı bundan imtina etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm