“Xəzər Lənkəran”da ara qarışıb – Dənizli “istefa verməmişəm” deyir
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”da ara qarışıb – Dənizli “istefa verməmişəm” deyir

“Xəzər Lənkəran”da ara qarışıb – Dənizli “istefa verməmişəm” deyir

Dünən səhər saatlarında istefa verdiyi bildirilən "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə mətbuatına maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis istefa xəbərlərinin doğru olmadığını bildirib. Anadolu xəbər agentliyinə danışan Dənizli məsələni bu cür izah edib: "Xəzər Lənkəran"dakı vəzifəmdən istefa etməmişəm, hələ komandanın başındayam. Klub prezidenti ilə gələcək planlardan dolayı fikir ayrılığımız olub, ancaq istefa ilə nəticələnən bir məsələ yoxdu. İndi İstanbula gəlmişəm, amma gələn həftə gedib rəhbərliklə görüşəcəm. Onu da qeyd edim ki, klub prezidenti ilə mənim fikirlərimin üst-üstə düşməməsi təbii haldı".

Qeyd edək ki, “Xəzər Lənkəran”ın rəsmi internet səhifəsində klubun Mustafa Dənizli ilə yollarını ayırdığı bildirilib. Açıqlamada klubun prezidenti və rəhbərliyi tərəfindən Mustafa Dənizliyə göstərdiyi xidmət üçün təşəkkür də edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm