Van Qal rəsmən “şeytanlar”ın yanında
Bizi izləyin

İdman

Van Qal rəsmən “şeytanlar”ın yanında

Van Qal rəsmən “şeytanlar”ın yanında

İngiltərənin “Mançester Yunayted” klubu Lui van Qalla anlaşdığı barədə rəsmi məlumat yayıb.

Publika.az xəbər verir ki, 62 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Hazırda Hollandiya millisini çalışdıran Van Qal Mançestrə Braziliyada keçiriləcək dünya çempionatı başa çatandan dərhal sonra gələcək. “MY”nin veteran futbolçusu Rayan Giqz Van Qalın köməkçisi kimi fəaliyyət göstərəcək.

“Qırmızı şeytanlar”ın direktoru Ed Vurvord məsələni belə şərh edib:

“Müasir futbolun ən dahi məşqçilərindən biri ilə müqavilə bağladıq. O, karyerası boyunca çox şeyə nail olub. Van Qal “Old Trafford”da karyerasının növbəti şanlı səhifəsini yazmaq üçün imkan qazanıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm